Azərbaycanda elm böhranı, xaotik idarəetmənin fəsadları

Azərbaycanda elm böhranı, xaotik idarəetmənin fəsadları

Azərbaycanda elm böhranı, xaotik idarəetmənin fəsadları

Bu gün, Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkəmizi regionun qeyd-şərtsiz lider dövlətinə çevirmişdir. Bunun məntiqi nəticəsi olaraq beynəlxalq mötəbər reytinqlərdə Azərbaycanın göstəriciləri ildən-ilə yüksəlir. Bu inkişafda hər bir istiqamət üzrə icraçı qurumların rolu  və məsuliyyəti böyükdür. 

Hər bir ölkənin milli maraqlarının təmin olunmasında siyasi, iqtisadi, elmi-texniki inkişafın özünəməxsus rolu vardır. Elmin inkişafı da  Azərbaycan dövlətinin strateji inkişaf  siyasətinin mühüm və əsas prioritetlərindən biridir. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətini həyata keçirən ali dövlət elm təşkilatıdır.

Son günlər  Azərbaycan Milli Elmlər Akademiyası ətrafında baş verən xaotik böhran artıq bu sahəyə aidiyyəti olmayan adi, sıravi vətəndaşları da əməlli narahat etməyə başlamışdır. Azərbaycanın müqəddəs elm məbədi olan AMEA-nın ətrafında bu cür söz-söhbətlərin yaranması heç də təsadüfi deyil. Yazılan, danışılan  məsələlər əsasən Akademiyanın rəhbərliyinin effektsiz, yalnış, daha çox narazılıqların yaranmasına gətirib çıxaran inzibati idaerəetməsi ətrafında cərəyan edir. Amma vacib olan məsələ Akademiyanın bugünki elmi durumu, elmi gösəriciləri və elmi göstəricilərində əsaslı irəliləyişlərin olub-olmaması məsələsidir. Çünki bu barədə əksəriyyət məlumatsızdır. 

Bu araşdırmaya qədər fikirləşirdim, bəlkə  qeyd etdiyim istiqamət üzrə müsbət nəsə əldə edilib. Bəlkə,  akademik Ramiz Mehdiyevə qarşı haqsızlıq edilir. 

Lakin təəssüf... çox təəssüf hissi keçirdirəm. Aşağıda etibarlı mənbələrdən (məlumatlar AMEA-nın illik hesabatlarından və dünya elmi ictimaiyyəti tərəfindən birmənalı qəbul edilən elmi istinad mənbələrindən  götürülmüşdur və heç bir subyektivliyə yol verilməmişdir) əldə etdiyim statistik rəqəmlər təssüflənməyə, ciddi  narahatçılıq keçirməyə  əsas verir.

Gəlin ölkəmizin ali elmi qurumunun son illər, yəni akademik Ramiz Mehdiyevin rəhbərliyi dövründə elmi inkişafının durumuna nəzər salaq. 

Hər bir elmi müəssisənin əsas göstəriciləri, elmi yenilikləri orada işləyən alim heyəti tərəfindən il ərzində ortaya qoyulan məqalə, tezis və  nəşr olunan kitablarında əksini tapır.

Son 3 ildə AMEA-da nəşr olunan  məqalə və  kitabların sayı kəskin azalmışdır. AMEA-da 2018-ci ildə çap olunan  məqalələrin sayı 9500 oluğu halda, 2020-ci ildə bu say 7560-a qədər azalmışdır. 2018-ci illə müqayisədə kitabların sayı təxminən 3 dəfə azalmışdır, yəni, 1566-dan  655-ə düşmüşdür.

Beynəlxalq səviyyədə də vəziyyət çox acınacaqlıdır. Dünyaca məşhur Web of Science bazasında  Azərbaycan elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Cənubi Qafqaz ölkələri arasında ardıcıl olaraq 1-ci yerdədir.  Qeyd edək ki, 2020-ci il üzrə bazaya daxil olan nəşrlərin sayına görə  Azərbaycan Cənubi Qafqaz ölkələri arasında liderdir.  Bu bazada Azərbaycanın göstəriciləri yüksəlsə də,  AMEA-nın göstəricilərində azalma müşahidə olunur. Nəşr aktivliyinin müqayisəli təhlilinə əsasən, bu bazada 2014-cü ildə AMEA-nın ümumi nəşrlərinin sayı ali təhsil müəssisələrinin ümumi nəşrlərinin sayından  2 dəfədən çox olduğu halda , 2020-ci ildə  bu göstərici  universitetlərin xeyrinə dəyişib.

Dün¬ya ölkələri üz¬rə 7533 elmi müəssisənin göstəricilərini özündə əks etdirən məşhur  Scopusun rey¬tinq si¬ya¬hı¬sın¬da AMEA 805-ci yer¬də¬dir.  Bu göstərici 2018-ci ildə  745 olmuşdur.  Beləliklə, AMEA 2018-ci illə  müqayisədə 60 pillə, 2019-cu illə müqayisədə isə 30 pillə geriləmişdir. 

Hətta bu reytinqin innovasiya göstəriciləri üzrə AMEA-nın yeri  mənfur Ermənistanın kicik heyətdən ibarət Akademiyasından (qeyd edək ki, elmi heyətin sayı AMEA-dan təxminən  5 dəfə azdır)  belə geridədir. Bu reytinq sıralamasında  2021-ci il üzrə AMEA 538-ci yerdə, Ermənistan EA  isə 511-ci yerdədir (AMEA 17 pillə geridədir).

Hazırda Azərbaycanın elmi reytinqi bu nüfuzlu təşkilatın sıralamasında 239 ölkə arasında 91-ci yerdədədir. Məlumat üçün qeyd edək ki, qonşu Gürcüstan bu sıralamada 86-cı yerdədir. Bunu  da nəzərə alaq ki, Gürcüstanda elmi tədqiqatla məşğul olan heyətin sayı Azərbaycandan bir necə dəfə azdır. 

Yuxarıdakı statistik rəqəmlərdən hər şey aydındır. Deyilənlər, kütləvi narazılıqlar heç də əsassız deyil.

Bu statistik rəqəmlər  deməyə əsas verir ki, Akademiyanın rəhbərinin uğursuz  inzibatçılığı həm Akademiyanın kadr potensialını,  həm  də elmi nüfuzunu rəzil günə qoyub. Bu biabırçılıq Azərbaycan elminə yaraşmır. Axı biz qalib ölkəyik. Bizim elmimizin də Ermənistanın müvafiq sahəsindən geri qalmağa mənəvi haqqı yoxdur. Elmimizi bu biabırçılıqdan xilas etmək lazımdır. Bunun yeganə və tək yolu Ramiz Mehdiyevin istefasıdır. Azəbaycan Elmi camiyyəsi bu məsələyə etinasız yanaşmamalıdır. Çünki belə davam edərsə, bundan sonra elmimizi  daha böyük fəlakətlər gözləyir. Məncə heç fikirləşməyə vaxt qalmayıb.

Kazımov Fail Mail oğlu

AMEA-nın Elm-tarixi institutunda şöbə müdiri

iqtisad elmləri üzrə fəlsəfə doktoru

Azərbaycanda elm böhranı, xaotik idarəetmənin fəsadları