Azərbaycanda 500 məktəb direktoru vəzifəsi boşdur

Azərbaycanda 500 məktəb direktoru vəzifəsi boşdur

Azərbaycanda 500 məktəb direktoru vəzifəsi boşdur

“Artıq məktəb direktorlarının təyinatı Təhsil Nazirliyinin tabeliyinə verilir. Cənab prezidentin sərəncamı ilə ikli tabelik öz həllini tapdı”

Polemika.az xəbər verir ki, bu sözləri Təhsil Naziri Emin Əmrullayev cənab prezidentin təhsil sahəsində imzaladığı sərəncamla bağlı keçirdiyi brifinq zamanı deyib.

Onun sözlərinə görə, proses düzgün qurulmalıdır ki, direktorların təyinatı şəffaf olsun:

"Daha mərkəzləşdirilmiş sistemə keçirik, bu da səmərəli şəkildə icra olunur. Əsas məsələ təyin olunan adamın peşəkarlığı və bu işin təşkilinin şəffaf olmasıdır. Direktorlar müsabiqə yolu ilə seçilirlər və görünən odur ki, iştirak edənlərin sayı azdır”.

Nazir qeyd edib ki, hazırda ölkədə 500 direktor vəzifəsi boşdur:

“Problem bacarıq və səriştə ilə əlaqəlidir. Zamanla rəqabətli əmək münasibətləri sistemi ilə məsələ həllini tapacaq". 

Azərbaycanda 500 məktəb direktoru vəzifəsi boşdur