Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”yə, “Neftçi” “Sabah”a qarşı

Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”yə, “Neftçi” “Sabah”a qarşı

Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”yə, “Neftçi” “Sabah”a qarşı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Polemika.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə “Qarabağ” öz meydanında “Keşlə” ilə üz-üzə gələcək. Günün digər matçında isə “Neftçi” “Sabah”ı qəbul edəcək.

 1/4 finalın digər oyunları sabah keçiriləcək. “Zirə” “Səbail”i, “Sumqayıt” isə “Qəbələ”ni qəbul edəcək. Komandalar arasında cavab matçları isə fevralın 12-si və 13-də keçiriləcək.

Azərbaycan kuboku

1/4 finalın ilk oyunları

1 fevral

17:30.“Qarabağ” – “Keşlə”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Cəmil Quliyev, Rauf Allahverdiyev.

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

19:45.“Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov.

Bakı. “Bakcell Arena”

2 fevral 

17:00.“Zirə” – “Səbail”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Nicat İsmayıllı

Zirə İdman Kompleksinin stadionu

19:15.“Sumqayıt” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev

 “Kapital Bank Arena” 

Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”yə, “Neftçi” “Sabah”a qarşı