"Azərbaycan Ermənistanı əzmir, düz yola gətirməyə çalışır" - Paşinyan Avropadan nə umur?

"Azərbaycan Ermənistanı əzmir, düz yola gətirməyə çalışır"

"Azərbaycan Ermənistanı əzmir, düz yola gətirməyə çalışır" - Paşinyan Avropadan nə umur?

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Baş katibi Şarl Mişeldən sonra ötən gün Fransa prezidenti Emmanuel Makronla da görüşüb. Ermənistanın dövlət başçısının Avropa liderləri ilə görüşlərinin bu gün də davam edəcəyi gözlənilir.

Qeyd edək ki, Paşinyanın Avropa turnesi bir sıra siyasi mülahizələrə səbəb olub. Analitiklər hesab edirlər ki, Nikol Paşinyan onu yetişdirən Avropadan əlavə dəstək almaq istəyir.

Avropanın dəstəyi onu xilas edə biləcəkmi?

Baş nazir vəziyyətdən çıxa biləcəkmi?

Bu dəstək olacaqsa, Azərbaycanla danışıqlarda vaxtı uzada bilərmi?

Polemika.az-la fikirlərini bölüşən “Azərbaycan Politoloqlar Klubu”nun rəhbəri, siyasi şərhçi Nadir Şəfiyev bildirib ki, tərəflərin Şarl Mişellə bir yerdə olan görüşü onu sübut etdi ki, Avropa Paşinyanı xilas etmək niyyətində deyil:

“Avropa sadəcə olaraq Cənubi Qafqazda vəziyyətin sabitləşməsini, kommunikasiyaların açılmasını, iki dövlət arasında normal münasibətlərin qurulmasını istəyir. Təbii ki, Avropanın öz maraqları da var. Onlar Cənubi Qafqazı Rusiyanın inhisarına verməməyə çalışırlar. Çünki Qafqaz geostrateji baxımdan çox mühüm bir bölgədir və əsrlər boyu müxtəlif güc mərkəzlərinin toqquşma məkanı olub. Hazırda da həmin qarşıdurmalar davam edir”.

N. Şəfiyev əlavə edib:

“Soçi və ondan əvvəlki Moskva görüşlərində hansı məsələlər müzakirə olunubsa, hansı bəyanatlar qəbul olunubsa, nəyin icrası gözlənilirsə, Avropa da onu istəyir. Sadəcə Avropada bəzi qüvvələr fikirləşir ki, ola bilsin ki, Ermənistanın bu məsələlərdə haradasa maraqları tapdanır”.

Politoloq onu da vurğulayıb ki, adətən, qalib tərəf öz şərtlərini diktə edir:

“Amma Azərbaycan Ermənistanı əzmir, öz gücü ilə Ermənistanı konstruktiv mövqe göstərməyə vadar edir. Bizə yalnız bu lazımdır. Avropanın istənilən güc mərkəzi də əvvəl-axır bunu dərk edəcək. Görəcəklər ki, Azərbaycan sadəcə sərhədlərin delimitasiyası və demarkasiyasını, özünün verdiyi dəhliz əvəzində öz dəhlizi və Ermənistanla müharibəni sənəd üzərində başa çatdığını, normal qonşuluq münasibətinin qurulmasını istəyir”.

Rafi MÜSLÜMOV

"Azərbaycan Ermənistanı əzmir, düz yola gətirməyə çalışır" - Paşinyan Avropadan nə umur?