Azərbaycanda koronavirusdan sağalma üzrə yeni rekord

Azərbaycanda koronavirusdan sağalma üzrə yeni rekord
20 Sen 2020 11:50
21

Sentyabrın 7-dən 13-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasından 1051 nəfər sağalıb. Bu, son 3 həftə ərzində ən yüksək göstəricidir.

Yenisabah.az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, həmin həftə COVID-19-a 998 yoluxma faktı qeydə alınıb. Həmin göstərici avqustun 17-23-dən etibarən həftələr arasında ən az yoluxma sayıdır. Bununla yanaşı, ötən həftə koronavirusdan 14 nəfər vəfat edib. Ölüm sayı da bir öncəki həftə ilə müqayisədə azalıb.

Oxşar xəbərlər