İdman
25 Yan 2021 16:15
Azərbaycanın hansı klubu 40 yaşlı qapıçı alır?
Sergey Rıjikov karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatına açıqlamasında qolkiperin meneceri Aleksey Safanov verib.
Rıjikovun sonuncu klubu “Tambov” olub. 40 yaşlı qapıçının agaenti başqa ölkələrdən də təklif aldıqlarını bildirib:
"Seçimlər arasında Qazaxıstan və Azərbaycan çempionatları var. Qətər və Birləşmiş Ərəb Əmirlikləri kimi ekzotik ölkələrdən də təkliflər almışıq. Ancaq indi ora getmək bir az çətindir”.