Sağlamlıq
27 Fev 2021 15:35
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı açıqlanıb.
Yenisabah.az xəbər verir ki, fevralın 26-da 23 939 nəfər vaksinasiya olunub.
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 723 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir. /Report