Hadisə
02 Mart 2021 15:25
Azərbaycanda iki nəfər dəm qazından boğularaq öldü
Qusar rayonunda iki nəfər dəm qazından zəhərlənərək ölüb.
Yenisabah.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisələrdən biri rayonun Bədirqala kəndində qeydə alınıb.
Kənd sakini, 46 yaşlı Mayıl Məmmədov yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənib. M. Məmmədov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.