Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü hər il keçiriləcək

Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü hər il keçiriləcək

Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi ölkə məlum olub.

Yenisabah.az xəbər verir ki, üçtərəfli görüşlərin üçüncü iclası 2022-ci ildə Türkiyədə keçiriləcək.

Görüşün dəqiq tarixi qarşılıqlı şəkildə razılaşdırılacaq.

Məlumata görə, Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə yanvarın 13-də İslamabadda keçirilən toplantıda üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına razılıq verilib.