Avtobuslarla bağlı bu qərar daha 3 il təxirə salındı

Avtobuslarla bağlı bu qərar daha 3 il təxirə salındı

Avtobuslarla bağlı bu qərar daha 3 il təxirə salındı

Avtobusların müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməsi ilə bağlı tələbin qüvvəyə minməsi müddəti daha 3 il təxirə salınıb.

Polemika.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, avtobusların müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməsi ilə bağlı tələb 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bundan əvvəl bu tələbin 2022-ci il yanvarın 1-də qüvvəyə minməsi nəzərdə tutulmuşdu.

Avtobuslarla bağlı bu qərar daha 3 il təxirə salındı