Avstraliya Rusiyaya qarşı sanksiyaları açıqladı

Avstraliya Rusiyaya qarşı sanksiyaları açıqladı

Avstraliya Rusiyaya qarşı sanksiyaları açıqladı

Avstraliya Rusiyanın 11 bankına və dövlət qurumuna qarşı yeni sanksiyalar elan edib.

Polemika.az xəbər verir ki, bunu xarici işlər naziri Maris Payn açıqlayıb.

O deyib: “Bugünkü siyahıya Rusiya Milli Rifah Fondu və Rusiya Maliyyə Nazirliyi daxildir. Rusiya Mərkəzi Bankının bu yaxınlarda siyahıya daxil edilməsindən sonra indi də Avstraliya Rusiyanın suveren borcuna cavabdeh olan bütün Rusiya dövlət qurumlarını hədəfə alır. Rusiyanın bank aktivlərinin əksəriyyəti indi bütün qurumlarla birlikdə bizim sanksiyalarımız altımızdadır”.

Payne, həmçinin rusiyalı iş adamları Viktor Vekselberq və Avstraliyanın "Queensland Alumina" şirkətinin 20%-nə sahib olan "Rusal" alüminium şirkətinin rəhbəri Oleq Deripaskaya qarşı yeni sanksiyalar elan edib.

Avstraliya Rusiyaya qarşı sanksiyaları açıqladı