Avropa çempionatı: Kişilərdən ibarət komandamız növbəti qələbəsini qazandı

Avropa çempionatı: Kişilərdən ibarət komandamız növbəti qələbəsini qazandı

Avropa çempionatı: Kişilərdən ibarət komandamız növbəti qələbəsini qazandı

Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatında kişilərdən ibarət komandamız növbəti qələbəsini qazanıb.

Polemika.az xəbər verir ki, komandamız yeddinci turda Niderland yığması ilə qarşılaşmada 2,5:1,5 hesablı qələbə əldə edib. Komandamızın qələbəsində Nicat Abasovun rəqibini məğlub etməsi həlledici rol oynayıb. Digər şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynovun qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Qadınlardan ibarət yığmamız isə turnirin reytinq favoriti olan Rusiya yığması ilə üz-üzə gəlib. Komandamız qarşılaşmanı 1:3 hesablı məğlubiyyətlə başa vurub.

Avropa çempionatı: Kişilərdən ibarət komandamız növbəti qələbəsini qazandı