AVRO-2020-yə ev sahibliyi hüququ Bakıdan alına bilər

AVRO-2020-yə ev sahibliyi hüququ Bakıdan alına bilər
16 Okt 2020 10:25
553

AVRO-2020-nin formatı dəyişdirilə bilər.

Yenisabah.az xəbər verir ki, UEFA koronavirus pandemiyası üzündən yarışa ev sahibliyi edəcək şəhərlərin sayını azaltmaq niyyətindədir.

Hətta yarışın 1 ölkənin 4 stadionunda keçirilməsi variantı da müzakirə edilir. Bu addım pandemiya dövründə komandaların az səfər etməsi məqsədilə atılacaq.

Bildirilib ki, Dağlıq Qarabağda baş verən hadisələrə görə Bakı, həmçinin Sankt-Peterburq siyahıdan çıxarılan ilk şəhərlər olacaq.

Qeyd edək ki, 12 ölkədə keçirilməli olan AVRO-2020 koronavirus səbəbindən 2021-ci ilə təxirə salınıb. (APA)

Oxşar xəbərlər