"Atamın ölümündən sosial şəbəkədə xəbər tutdum" - Səyyad Əlizadənin oğlu + Video

"Atamın ölümündən sosial şəbəkədə xəbər tutdum" - Səyyad Əlizadənin oğlu

"Atamın ölümündən sosial şəbəkədə xəbər tutdum" - Səyyad Əlizadənin oğlu + Video

“Atamla bizim çox qızıl anlarımız oldu, heyif ki, bu dünyanı tez tərk etdi".

Polemika.az xəbər verir ki, bu sözləri mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy Əlizadə deyib. "O üz" proqramına qonaq olan Atabəy atasının vəfatından sosial şəbəkədən xəbər tutduğunu deyib:

“Atamla belə bir ənənəmiz vardı, hər il bir dəfə zooparka gedərdik, orada şəkil çəkdirərdik. Haradasa, 6 il bu davam etdi. Atam həmişə mənim təhsilimlə çox maraqlanırdı, deyirdi ki, yaxşı təhsil al ki, ailənə dəstək olasan. Onun arzularını yavaş-yavaş yerinə yetirəcəyəm. İlk arzum ali məktəbə qəbul olmaqdır. Sonuncu dəfə iş otağına girdim, gördüm stolun üstündə mahnılar var, özü yazıb. Heyif ki, ona oxumaq qismət olmadı. İnşallah, o mahnıları aranjeman etdirib təqdim edəcəyik.

Çox ağır vəziyyətdə xəstəxanaya  getdi, amma əmin idim ki, sağalacaq. Axşam saat 10-a qalırdı, sosial şəbəkəyə baxırdım, izləyirdim ki, görüm kimlər atamçın şəklini paylaşır. “İnstagram”ı açdım, gördüm birinci şəkil atamdır, altında da “Allah rəhmət eləsin, çox heyif”  sözləri yazılıb. Həmin an elə bil bütün dünya başıma uçdu… Düşünmürdüm ki, 30 yaşım olsa belə atam rəhmətə gedər. Bu günün belə tez olacağını bilmirdim. Çox heyif ki, bir daha atamın səsi evdən gəlməyəcək. Öz-özümə düşünürdüm ki, biz bu evdə necə yaşayacağıq? Onsuz necə bu həyata davam edəcəyik? Getdikcə adam alışır, amma ürəyindəki yara daim sızıldayır”.

Həmin görüntüləri təqdim edirik:

"Atamın ölümündən sosial şəbəkədə xəbər tutdum" - Səyyad Əlizadənin oğlu + Video