Ata və azyaşlı qızı pomidor turşusundan zəhərləndi - Ata öldü

Ata və azyaşlı qızı pomidor turşusundan zəhərləndi

Ata və azyaşlı qızı pomidor turşusundan zəhərləndi - Ata öldü

Füzuli rayonunda ata və qızı zəhərlənib.

Polemika.az-ın məlumatına görə, hadisə noyabrın 12-də baş verib.

Rayon sakinləri, 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və onun qızı 2011-ci il təvəllüdlü Aytac Mirzəyeva evlərində pomidor turşusundan zəhərlənib. Hər iki şəxs Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, vəziyyətləri ağırlaşan ata və qızı noyabrın 14-də Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, ata R.Mirzəyev dünyasını dəyişib. Qızı A.Mirzəyeva isə hazırda reanimasiyadadır.

Faktı Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend- ə faktı təstiqləyib. O bildirib ki, hazırda 10 yaşlı qızın vəziyyəti ağırdır.

 

Ata və azyaşlı qızı pomidor turşusundan zəhərləndi - Ata öldü