Aşıq Zülfiyyə ərindən danışdı: "Deyirdim ki, ayıbdır"

Aşıq Zülfiyyə ərindən danışdı: "Deyirdim ki, ayıbdır"

Aşıq Zülfiyyə ərindən danışdı: "Deyirdim ki, ayıbdır"

Aşıq Zülfiyyə ərinin qısqanclığından danışıb.

Polemika.az xəbər verir ki, ATV telekanalında yayımlanan "Qonağım ol"  proqramında qonaq olan aşıq ərinin pərəstişkarllarından gül aldığı üçün onunla dalaşdığını deyib:

"Təzə evlənən vaxtlar müəyyən qısqanclıqları olurdu. Cavan oğlanlar, cavan qızlar gül gətirirdilər. Cavan oğlanlar gül gətirəndə deyirdi ki, görürsən ki, gül gətirən cavan oğlandır, səhnədən çıx. Deyirdim ki, olmaz axı, ona hörmətsizlik olar, ayıbdır.

Hansısa çəkilişdən, ya da hansısa konsert proqramından gələndə görürdüm ki, dinmir, danışmır, inciyib küsür. Deyirdi ki, sən ən azından o adam yaxınlaşanadək səhnədən çıxa bilərdin. O vaxt Dövlət Filarmoniyasında, Respublika Sarayında, "Aşıq Pəri" məclislərində çıxış edirdik. Həmişə də gül gətirənlər olurdu. Ən çox onda söz-söhbətimiz olurdu. Sonra uşaq oldu, böyüdü. Özü də gördü ki, əldə olmayan şeylər var idi ki, onu da gərək qəbul edəsən".

Həmin görüntüləri təqdim edirik:

 

 

Aşıq Zülfiyyə ərindən danışdı: "Deyirdim ki, ayıbdır"