Artur Rasizadənin səhhətində problem yarandı: Xaricə aparıldı

Artur Rasizadənin səhhətində problem yarandı: Xaricə aparıldı

Artur Rasizadənin səhhətində problem yarandı: Xaricə aparıldı

Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin səhhətində problem yaranıb.

Polemika.az xəbər verir ki, Modern.az-ın yaydığı məlumata görə 86 yaşlı siyasətçiyə yaxın şəxs sabiq baş nazirin hazırda Bakı şəhərində olmadığını bildirib. 

O, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur. Ancaq keçmiş hökumət rəhbərinin hansı ölkədə müalicə olunduğunu açıqlamaq istəməyiblər. 

Yalnız onu qeyd ediblər ki, Artur Rasizadə yaxın vaxtlarda Bakıya qayıdacaq.

 

Artur Rasizadənin səhhətində problem yarandı: Xaricə aparıldı