Hadisə
23 Fev 2021 01:20
Arsurun Ovannisyan ABŞ-a qaçdı
Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsurun Ovannisyan ABŞ-a qaçıb.
Yenisabah.az xəbər verir ki, bu barədə hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün tvitterdəki səhifəsində bildirib.
"Bir gün əvvəl Los-Anceles reysinin sərnişinləri (Ermənistan-red) Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Ovannisyanı gördülər. O, bacısı ilə Qətər reysi vasitəsilə uçurdu.
Təyyarədə xeyli adam vardı. Hamı ona qışqırırdı. Amma o məhəl qoymurdu" - şahid dedi”, - İqor Korotçenko vurğulayıb.
Daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü iddia edib ki, naməlum şəxslər ona hücum edib. O, hədələndiyini və izləndiyini də bildirib. /Report