Aqil Abbas Zakir Həsənova səsləndi:  <font  color="red">  Çaşqınlığı siz yaradırsınız!</font>

Aqil Abbas Zakir Həsənova səsləndi: Çaşqınlığı siz yaradırsınız!

"Hörmətli Cənab Nazir! Mənim Milli Məclisdə məlum çıxışımla bağlı nazirliyin dərhal reaksiya verməsinə görə Sizə təşəkkür edirəm. Kaş nazirliyin fəaliyyətinə yönələn tənqidlərin hamısına belə tez reaksiya verəsiniz".

Polemika.az xəbər verir ki, bu barədə millət vəkili Aqil Abbas Müdafi naziri Zakir Həsənova ünvanladığı cavab məktubunda bildirib.

Deputat qeyd edib ki, Milli Orduya aid mövzular onun üçün həmişə tabu olub, yəni qadağan sayılıb:

"Birinci Qarabağ savaşı başlayandan bu günə qədər ordu ilə bağlı heç bir tənqidi fikir səsləndirməmişəm. Əksinə, Orduda baş verən nöqsanlarla bağlı deyilmiş sözə və ya yazılmış məqalələrə dərhal cavab vermişəm və bildirmişəm ki, Ordudakı nöqsanlar haqqında yazmaq və danışmaq olmaz. Çünki bu Ordu bizimdir. Və bizim yazdıqlarımızı düşmən də oxuyur. Eləcə də əsgər valideynləri, xüsusilə də əsgər anaları narahat olurlar".

Millət vəkili vurğulayıb ki, Birinci Qarabağ savaşı başlayandan Atəşkəsə qədər səngərlərdə olub, döyüşçülərə nəinki ərzaq, hətta silah-sursat daşıyıb:

"Hospitallara yardım aparmışam, döşək ağıdan, yastıq və yorğan üzündən tutmuş dava-dərmana qədər. Bakıdakı Hospitala Birinci Qarabağ savaşında ABŞ-ın Hərbi Hospitallarında istifadə olunan təxminən 500 min dollar dəyərində dava-dərman, tibbi ləvazimat bağışlamışam. Bu işdə mənə yardımçı olan sabiq rabitə naziri Sirus Abbasbəyliyə də təşəkkür edirəm. Və Birinci Qarabağ savaşında «Ədalət» qəzetini səngər qəzeti, cəbhə qəzeti etmişdim. Özümü tərifləmək fikrim yoxdu, elədiyimin yüzdə birini deyirəm. Yəni mən bu Vətənə, bu Orduya belə bağlı adamam. 44 günlük İkinci Qarabağ savaşında da dəfələrlə cəbhə bölgəsində, əsgərlərin yanında olmuşam. Xəstəxanaları gəzmişəm, həkimlərlə, tibb işçiləriylə və yaralılarla görüşmüşəm. Şəhid dəfnlərində iştirak etmişəm, şəhid ailələrində olmuşam, demək çirkinlik çıxmasın, heç vaxt da əliboş getməmişəm. Və savaş möhtəşəm qələbəmizlə bitdikdən sonra «44 günlük müharibə» adlı silsilə məqalələr yazmışam və həmin məqalələrdə də həkimlərimizin və tibb işçilərinin, daha dəqiq desək, tibb bacılarının cəbhə bölgəsində necə fədakarlıq etdiklərini işıqlandırmışam. Sizin cavab məktubunuzda da qeyd edirsiniz ki, «Millət vəkili dəfələrlə hərbi hissələrimizə, o cümlədən də hərbi tibb müəssisələrimizə baş çəkib, orada yaradılan şəraitlə tanış olduqdan sonra görülmüş müsbət işlər barədə öz razılığını ifadə edib».

Cavabda qeyd edirsiniz ki, «deputatın bu cür qeyri-obyektiv fikirlər səsləndirməsi Vətən müharibəsi dövründə birbaşa döyüş meydanında,düşmənin güllə və mərmisi altında minlərlə yaralı hərbi qulluqçularımıza tibbi yardım göstərməklə onları həyata qaytaran hərbi tibbi personala qarşı hörmətsizlikdir».

Əvvəla, «Ədalət» qəzetini Müdafiə Nazirliyinin məlum qurumun əməkdaşları vərəqləsələr görərlər ki, məhz həmin həkim və tibb işçilərinin fədakarlığı barədə ayrı-ayrı məqalələr dərc olunub. Eləcə də xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş tibbi işçiləri barədə.

Təəssüf edirəm ki, Müdafiə Nazirliyindən mənə cavab yazanlar çıxışımı diqqətlə dinləməyiblər və ya oxumayıblar. Guya: «Bu cür fikirlər ictimaiyyətimizdə çaşqınlıq yaratmaqla yanaşı hərbi həkimlərin qəhrəman əməyinə kölgə salır, onların ağır işini şübhə altına alır».

Mən çıxışımda Hərbi Hospitalın həkimlərinin əməyini yüksək qiymətləndirmişəm. Söhbət Hospitalın hələ ordudan tərxis olunmamış, evlərində müalicə alan qazilərə göstərilən xidmətindən gedir".

A.Abbasın sözlərinə görə, elə gün olmur ki, onun, eləcə də digər deputatların yanına həmin qazilər şikayətə gəlməsin:

"Amma mən heç vaxt onların şikayətini, narazılığını mətbuata çıxarmıram. Əksinə, könüllərini alıram, izah edirəm ki, müharibə təzə başa çatıb, darıxmayın, hər şey yoluna düşəcək. Reseptlə gəliblərsə də dava-dərmanlarını alıb verirəm. Qulluqlarında da başqa cür nə xidmət göstərirəm, özüm bilirəm.

Məsələn, ucqar rayonların birindən yanıma üç dəfə gələn bir qazi var. Yalnız qoltuq ağaclarının köməyi ilə yeriyə bilir, bədənində qəlpə yaraları, bəzilərini hələ çıxarmaq mümkün olmayıb, danışığını da itirib, çox çətinliklə fikrini çatdıra bilir. Hələ də ordudan tərxis olunmayıb, müharibədən beş ay keçib. Və buna görə də əlillik dərəcəsi ala bilmir.

Sizə onlarla belə fakt saya bilərəm. Qəzetləri izləsəniz yüzlərlə belə fakta rast gələrsiniz.

Görün mənə cavabda Müdafiə Nazirliyi nə yazır: «O ki qaldı yaralılara əlillik dərəcəsinin verilməsinə, Aqil müəllimə xatırladırıq ki, bu, Müdafiə Nazirliyinin səlahiyyəti çərçivəsində deyil. Çox təəssüf edirik ki, millət vəkili bu məsələdən xəbərsizdir».

Mən 2005-ci ildən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüyəm. Onu deyim ki, hər hansı bir komitəni seçmək deputatın istəyilədir. 2005-ci ildə deputat seçiləndə torpağı işğal altında olan, yurdu-yuvası dağılmış, ev-eşiyi yandırılmış, şəhidlər vermiş bir qarabağlı kimi məhz həmin komitəni seçdim ki, mənim də ordumuz üçün, təhlükəsizliyimiz üçün bir payım olsun. Və hansı nazirliyin, hansı təşkilatın səlahiyyətləri nədir, vəzifəsi nədir hər halda mənə cavab hazırlayan müvafiq qurumunuzun əməkdaşlarından yaxşı bilirəm. Və əlillik dərəcəsi verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və eləcə də Səhiyyə Nazirliyinin fəaliyyətini dəfələrlə həm mətbuatda, həm də parlamentdə söyləmişəm. Qaldı Müdafiə Nazirliyinə. Müdafiə Nazirliyi müvafiq nazirliklərdən bu məsələyə vaxtında baxmalarını tələb etməlidir. Bu, onun səlahiyyətindədir".

Millət vəkili Müdafiə Nazirliyinin onu «ictimaiyyətdə çaşqınlıq yaratmaq»da ittiham etməsinə də cavab verib:

"Hörmətli Cənab Nazir! Görək ictimaiyyətdə çaşqınlığı mən yaradıram, yoxsa rəhbərlik etdiyiniz nazirlik?

Aprel döyüşlərindən sonra belə bir açıqlama verdiniz ki, Şoyqu (Rusiyanın müdafiə naziri) zəng elədi, ondan sonra müharibəni saxladıq. Ən böyük çaşqınlığı bu yaratmışdı. Müstəqil bir dövlətin müdafiə naziri başqa bir dövlətin müdafiə nazirinin zəngi ilə müharibəni saxlayır. Müstəqil dövlətin müdafiə naziri əmrləri Ali Baş Komandandan alır. Aprel döyüşlərinin saxlanmasını daha aydın bir şəkildə ifadə edə bilərdiniz, xalqda da çaşqınlıq yaranmazdı.

Neçə müddətdir Aprel döyüşlərindən sonra qaldırılmış «Tərtər işi» adlı cinayət işi haqqında mətbuat yazır. Bu işin dərinliyinə getmirəm, amma nədənsə Müdafiə Nazirliyi hələ də bu məsələdə susur. İctimaiyyətdə çaşqınlıq belə yaranır.

Müharibə başlayandan bir neçə gün sonra iki korpus komandiri vəzifədən götürülür, sonra biri həbs edilir. Baş Qərargah rəisi vəzifədən kənarlaşdırılır, hətta adı Müdafiə Nazirliyinin strukturlarından çıxarılır, o da çıxıb gedir Dubayda dənizdə çimməyə. Heç bir rəsmi açıqlama yoxdur. Çaşqınlıq belə yaranır.

Lökbatanda yol kənarında dəfn olunmuş şəhid ailələri düz bir ay Milli Məclisin önündə, müəyyən müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də Müdafiə Nazirliyinin önündə etiraz piketləri keçirirlər və qələbəmizə sevinməyən müəyyən "youtube" kanalları bunu çəkir və bəh-bəhlə paylaşır, nədənsə Müdafiə Nazirliyi onlara cavab verə bilmir. Şəhid ailələrinin istəyi nədir? Övladlarının digər şəhidlər kimi II Fəxri Xiyabanda dəfn olunması. Səsləri eşidilmir. Nəhayət, Möhtərəm Prezident, Ali Baş Komandan bu işə qarışmalı olur və şəhidlərin nəşi II Fəxri Xiyabana köçürülür. Müdafiə Nazirliyi vaxtında özü bunu həyata keçirə bilməzdimi? Çaşqınlıq belə yaranır".

Deputat vurğulayıb ki, övladları itkin düşmüş valideynlər Müdafiə Nazirliyinin önünə gəlir, heç bir yetkilinin qəbuluna düşə bilmir:

"Müharibə ölüm-itim meydanıdı. Övladı itkin düşmüş bir ana mənə də müraciət etmişdi, dəfələrlə telefonla da danışmışam. Ürək-dirək vermişəm ki, bu müharibədi, Allah eləsin, övladınız sağ-salamat qayıdıb gəlsin, şəhid olubsa da məqamı Allahın dərgahındadı.

Yəqin "youtube" kanallarında görmüsünüz, övladı itkin düşmüş, sonradan şəhid olduğu bilinib nəşi tapılaraq valideynlərinə təhvil veriləndə Ana tabutun önündə oğlunun nəşinin tapılmasına görə sevindiyindən qurban kəsib.

Mən yalnız bu günədək mətbuatda gedənləri yazıram, bildiklərimi yazmıram.

Və çıxışımda həkimlərin fədakarlığına yüksək qiymət verməklə yanaşı, qaldırdığım məsələ ilə Hospitalın fəaliyyətinə kölgə salmaq yox, Hospitalın fəaliyyətini gücləndirmək istəyini dilə gətirmişəm. Azərbaycandakı Hərbi Hospitalın maddi-texniki bazası nə Almaniyadakından, nə Türkiyədəkindən, nə də İrandakından geri qalmır. Amma biz İsraildən, Türkiyədən, nə bilim hansısa ölkədən ağır yaralıların üstünə həkimlər çağırmaq məcburiyyətində qalırıq. Və yaxud da ağır yaralılarımızı müalicə üçün xarici ölkələrə göndəririk.

Müdafiə Nazirliyi Hospitalın gənc həkimlərini yuxarıda sadaladığım və sadalamadığım ölkələrin Hərbi Hospitallarına təcrübəyə göndərə bilər – 6 aylıq, 1 illik. Özü də indi yox, Birinci Qarabağ savaşı başlayandan".

Deputat həkimlərin fəaliyyətinə kölgə salmadığını söyləyib. Qeyd edib ki, Birinci Qarabağ savaşında onların necə işlədiklərinin şəxsən şahidi olub:

"Bu gün də Vətən müharibəsində fədakarlıq göstərmiş bütün həkimlərin önündə, eləcə də şəhid olmuş tibb personalının valideynlərinin önündə baş əyirəm.

Ağcabədinin Sarıcalı kəndindəki tibb personalının fədakarlığından da yaxşı məlumatım var. O Hospitalın fəaliyyəti heç də Mərkəzi Hospitalın fəaliyyətindən geri qalmır.

Biz sivil bir cəmiyyətdə yaşayırıq, Parlamentimiz var. Və deputatlar Parlamentdə hər hansı bir məsələni qaldırmaqda azaddırlar və işi də danışmaqdı. Danışan deputatın ağzından vurmağa cəhd eləmək isə qeyri-sivil dövlətlərdə olur.

Hörmətli Cənab Nazir!

Mən bu gündən sonra mənə ünvanlanacaq nazirliyin cavab məktublarına və açıqlamalarına Sizə və Milli Orduya olan hörmətimə görə cavab verməyəcəm. Necə deyərlər, birtərəfli atəşkəs elan edirəm.

Tanrı Xalqımızı qorusun! Tanrı Ordumuzu qorusun! Tanrı Ali Baş Komandanımızı qorusun!".

Related Posts

Xəbərlər

Fədayədən təəccübləndirən sözlər: “Ölüm də həyat qədər gözəldir“

11:50

Həyətində narkotik becərən şəxs saxlanıldı 

11:40

SSRİ-nın bərpasının təməli - Qərb post-sovet məkanını Rusiyaya təslim edir

11:40

Dəhşət: Çantadakı telefon bomba kimi partladı

11:30

Ermənistanda koronavirusdan ölənlərin sayı 3 919-a çatdı

11:20

Əlillik dərəcəsi vədi ilə dələduzluq edən şəxs saxlanıldı

11:20

Bütün müavinət, təqaüd və kompensasiyalar bu tarixdə ödəniləcək

11:10

Xanımı sabiq prezidenti müflis etdi - İnternetdə elan verib, iş axtarır

11:00

İrlandiyalı mütəxəssisin vebinarı olacaq - QEYDİYYAT

10:50

4 COVID-19 xəstəsi barədə cinayət işi başlanıb

10:50

Daha bir həmkarı Rəqsanəni qınadı - Foto

10:40

Livan iflasa yaxınlaşır

10:30

Qəbələdə faciə: Ustanı cərəyan vuraraq öldürdü

10:30

Ruanda Fransanı ittiham etdi - SƏBƏB

10:20

Nazir deputatın oğluna yeni vəzifə verdi - Foto

10:15

Nazir deputatın oğluna yeni vəzifə verdi

10:10

Yol polisi reyd keçirdi: 25 sürücü cərimələndi

10:10

“COVİD-19-a yoluxduqdan sonra peyvəndin ikinci dozası...” - Həkim rəyi

10:00

Azərbaycanda sərt karantin gəlir, əgər... -Əhaliyə MÜRACİƏT EDİLDİ

10:00

Qarabağda meyiti tapılan erməni hərbçilərinin sayı açıqlandı

09:40

Mehdiyev Elton Məmmədovu işdən çıxarıb? - AÇIQLAMA

09:40

Boksçumuz dünya birinciliyində yarımfinala yüksəldi

09:30

Bakıda ana və azyaşlı övladının öldüyü dəhşətli qəzadan görüntülər - VİDEO

09:30

İmtahanlara buraxılış vəsiqəsinin verilməsinə başlanıldı - QAYDALAR

09:20

Nəcməddin Sadıkov niyə həbs edilmədi?

08:50

Qarabağda anti-terror əməliyyatı gözləniləndir

08:40

Prezident koronavirus dərmanı hazırladı, ÜST kəskin pislədi – “Facebook” isə postu sildi

08:20

Prezident Qarabağda işlərin necə getdiyini soruşdu – “Şuşa hazırdır...”

08:10

“Onlar Zəngəzur dəhlizi deyir, bizim də Naxçıvan dəhlizimiz olacaq” - Paşinyan

08:00

Avtomobil evin divarından keçdi: İki uşaq yaralandı – VİDEO

07:50

Biləsuvarda 14 nəfər sürücü inzibati məsuliyyətə cəlb edildi

01:50

Abel Məhərrəmov məhkəməyə verildi - SƏBƏB

01:30

“Koronavirus bu yolla yayılıb” - Jirinovskidən qalmaqallı iddia

01:10

Mingəçevirdə avtomobil aşdı, xəsarət alanlar var

01:00

Azərbaycanın görkəmli səhnə xadimi Nəsibə Zeynalovanın doğum günüdür - Fotolar

00:20

“WhatsApp”dan istifadə məhdudlaşdırılacaq

00:00

4-cü kurs tələbəsi intihar etdi

23:50

Ukraynalı deputatlar prezidenti Rusiya ilə əlaqələri kəsməyə çağırıblar

23:40

Türkiyənin yeni səfiri Bakıdan paylaşım etdi - Foto

23:20

Cəbrayılda daha bir erməni hərbçinin meyiti tapıldı

23:00

Yerevanda polis 50-dən çox kriminal avtoriteti tutdu

22:50

Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi

22:30

Ramazanın yeddinci gününün imsak, iftar vaxtları - Günün duası

22:10

Avropa Superliqasının sponsoru bəlli oldu

22:00

Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdləri olub - Gürcüstan DTX

21:50

Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq

21:40

Türkiyədə koronavirusdan ən yüksək sutkalıq ölüm qeydə alındı - Foto

21:10

Rəşad Nəbiyev yeni vəzifəsindən danışdı

21:00

Türkiyənin PUA gücü - “Bayraktar”ların sayı “F-16”ların sayına yaxınlaşır

20:50

“Azercell Telekom” MMC-yə yeni prezident təyin olundu

20:40

Azərbaycanlı deputat Xankəndidə yaşayan ermənilərə səsləndi: “Bu qaçılmazdır”

20:40

Rusiya Ukraynanı Krıma, Ermənistanı üz çevirdiyinə, Azərbaycanı isə buna görə cəzalandırır - ŞOK SƏBƏBLƏR

20:20

Çörək istehsalı müəssisəsində iyrənc mənzərə - Fotolar

20:00

Erməni sürücülər Zod qızıl mədəninə gedən yolu bağladılar

19:40

Fövqəladə vəziyyət rejimi daha 3 ay uzadıldı - ÜST-dən vacib qərar

19:30

“Xankəndidə Azərbaycan bayrağını çıxardılar ki...” - Deputat şok faktları açıqladı

19:20

Sabahdan iki marşrut xəttinin hərəkətində dəyişiklik ediləcək

19:10

AQTA bir neçə kafe və restoranda nöqsanlar aşkarladı - Siyahı

19:00

NK magistraturaya qəbulla bağlı qərarında dəyişiklik etdi

18:50

Yerevanda Azərbaycan əleyhinə bəyanat verən separatçı “vəzifədən“ qovuldu

18:30

Bakıda evdən 110 min manatlıq oğurluq edən şəxslər tutuldu - Video

18:20

Quru meyvələr say ilə, çərəzlər qramla yeyilməlidir - Həkim rəyi

18:10

Ağadadaş Ağayev xərçəngə tutulub - Türkiyəyə aparıldı

18:10

“Ali təhsil haqqında” qanun layihəsi hazırlandı

18:10

“Ən böyük arzusu odur ki, öləndə Şuşada dəfn edilsin...“ - Tahir Kərimli

18:00

Separatçılar yenə sərsəmlədilər

17:50

Diabetli xəstələrin bu qidaları qəbul etməsi vacibdir

17:50

Siam əkizləri əməliyyat ediləcək

17:30

“Əvvəl müğənniləri Moskvaya 5 manata çağırırdılar, indi 2-3 manata...“

17:30

Narkotik satışı ilə məşğul olan 4 nəfər tutuldu

17:20

Xəstəxanaya yerləşdirilən Xatirə və ərindən xəbər var - Fotolar

17:10

Baş infeksionist: “O zaman rahat olacağıq ki...“

17:00

Azərbaycanda daha 29 nəfər koronavirusdan vəfat etdi

16:50

“Başıma 25, üzümə 7 tikiş qoyulub” “Qarabağ“ın qapıçısı

16:50

Polis oğurluq edən dəstəni yaxaladı - Aralarında qadın da var

16:50

Afaq Bəşirqızı ƏSƏBLƏŞDİ: “24 saat sosial şəbəkələrdə “acam-acam” qışqıranlar...“

16:40

Roza Zərgərli: “Cenniferdə sünidir, məndə anadangəlmə“ - Video

16:30

İcraata götürülən cinayət işlərinin sayı açıqlandı

16:10

“6 dəfə öpüşdük, o, virusa yoluxdu, mən yox“

16:00

Mədəniyyət Nazirliyinin əməkdaşı koronavirusdan vəfat etdi - Foto

15:20

İnsan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirildi - RƏSMİ

15:20

Pərvinin yalanı üzə çıxdı - Video

15:10

“Yəqin ki, cənab Prezident oğlumu işsiz qoymaz” - Abel Məhərrəmov

14:50

2 yaşlı uşağın mədəsindən 209 maqnit topu çıxdı

14:40

“Azərbaycanda televiziyalar qeybəti sevən adamlar üçün işləyir”

14:30

Rusiyada koronavirusun iki yeni forması tapıldı

14:20

Həmkarı Aygünə səsləndi: “Sən nə qədər acizsən...“

14:10

Sabah 30 dərəcəyədək isti olacaq

13:20

“Onlar bizə qarşı alçaq hərəkətlər ediblər“ - Rasim Balayev

13:00

“Tərtər işi” ilə bağlı Prezidentə müraciət olundu: Xarici və daxili qüvvələr sabitliyi pozmaq üçün...

12:40

QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradıldı - FƏRMAN

12:30

Boksçumuz erməni rəqibini belə məğlub etdi - Video

12:20

“Tehranın rəsmi Bakını dəstəkləməsi İrəvan və Moskvanı hiddətləndirib” - İranlı analitik

12:00

Xocavənd yolunda işlər yekunlaşır - FOTOLAR

19 Apr 2021 11:50

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

19 Apr 2021 11:20

Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır

19 Apr 2021 11:10

“Hər gün Covid-19-un mutasiyaya uğrayan başqa növləri aşkar edilir“

19 Apr 2021 10:15

Saleh Məmmədov Qazyan sakinlərini yolsuz qoydu - ŞİKAYƏT + FOTOLAR

19 Apr 2021 10:15

Burda bütün evlər bir-birinə oxşayır - Reportaj

19 Apr 2021 10:05

Koronavirusa yoluxub sağaldığınızı testsiz necə bilmək olar?

19 Apr 2021 09:45

Təhlükə böyüyür: Dünyada koronavirus qurbanlarının sayı 3 milyonu ötdü

19 Apr 2021 09:25

Güləşçimiz erməniyə rəqib oldu

19 Apr 2021 09:25

Bakıda tıxac: 11 avtobus xəttində gecikmə

19 Apr 2021 09:10

Bu maskalar təhlükəlidir

19 Apr 2021 07:50

Xocalı polisi karantinə görə reyd keçirdi - Fotolar

19 Apr 2021 00:40

Maşın bazarında qiymətlər necədir? - Video

18 Apr 2021 23:40

Ramazanın altıncı gününün imsak, iftar vaxtları - Günün duası

18 Apr 2021 22:10

Avropanın nəhəng klubları Superliqa yaradır

18 Apr 2021 19:40

Xanımlara xəbərdarlıq: Maska taxanda bunu etməyin - AÇIQLAMA

18 Apr 2021 18:50

Azərbaycan Premyer Liqasının mükafatçılarından ikisi bəlli oldu

18 Apr 2021 17:10

Bakıdakı “Formula-1” ilə bağlı qərar

18 Apr 2021 15:30

Xalq artisti Eldar Quliyev dəfn olundu - Fotolar

18 Apr 2021 14:10

Xalq Artisti Eldar Quliyevlə vida mərasimi keçirilir

18 Apr 2021 12:40

Sabah 22 dərəcə isti olacaq

18 Apr 2021 12:05

İdmançılarımız Avropa çempionatında mübarizəyə başlayır

18 Apr 2021 11:45

Boksçularımız dünya birinciliyində 1/4 finala vəsiqə qazandı

18 Apr 2021 09:35

Ramazanın beşinci gününün imsak və iftar vaxtları - Günün duası

17 Apr 2021 22:15

Tbilisidə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd edildi - Fotolar

17 Apr 2021 19:45

“Güzgüdə özümü görəndə dəhşətə gəldim” - Bədəninin 70 faizi yanan aktyor

17 Apr 2021 18:05

Azərbaycan istehsalı olan maşınların sayı açıqlandı - Foto

17 Apr 2021 17:15

“İstəyirəm böyüyüm, əsgər gedim, qəhrəmanlıq göstərim...“

17 Apr 2021 14:35

Ramazan ayının dördüncü gününün imsak, iftar vaxtları - Günün duası

16 Apr 2021 22:25

“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - Fotolar + Video

16 Apr 2021 17:15

Gəncədə çəkilən foto Türkiyədə “İlin media fotosu” seçildi - Video

16 Apr 2021 15:45

Kapital Bank müştəriyə kart verməkdən imtina etdi: “Siz xərçəng xəstəsisiniz”

16 Apr 2021 13:35

Neft şirkətlərinə 60 milyard təzminat – 2 nazirliyin qərarı

16 Apr 2021 11:30

Ramazan ayının 3-cü gününün duası - İmsak və iftar vaxtı

16 Apr 2021 09:35

“Nazirlər Kabinetinin bu tələbi ləğv edilməlidir”

16 Apr 2021 08:55

Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azaldı

16 Apr 2021 01:10

Ramazan ayının üçüncü gününün imsak, iftar vaxtları - Günün duası

15 Apr 2021 22:15

Zəngəzur dəhlizi regiona nə verəcək? - ŞƏRH

15 Apr 2021 14:10

Şuşaya çəkilən “Zəfər yolu”ndan son görüntülər - FOTOSESSİYA

15 Apr 2021 13:20

“365 günün 30 gününü eyş-işrətdən uzaq olsalar...“ - Mirmahmud Mirəlioğludan Ramazan AÇIQLAMASI

15 Apr 2021 12:50

Kasıblığı ölçən ən vacib indikator - Qazancın 25 faizdən çoxu ərzağa xərclənirsə...

15 Apr 2021 12:10

“Yaşma“ yarımstansiyası əsaslı şəkildə yenidən qurulur - Video

15 Apr 2021 11:40

Sürücülərin nəzərinə: Bunu etməsəniz cərimələnəcəksiniz

15 Apr 2021 09:00

AZAL Bakı-Naxçıvan reyslərinin sayını azaltdı

15 Apr 2021 08:50

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları: Günün duası

15 Apr 2021 00:15

Ramazan ayının hikmət və fəzilətləri

14 Apr 2021 18:25

Ata yurdumun xarabalığında: Xəcalət çəkdim...

14 Apr 2021 15:55

Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur

13 Apr 2021 18:25

Avtomobillərin bu hissəsinə plyonka yapışdırılması qadağan edildi - RƏSMİ

12 Apr 2021 18:55

Anar, Kamal Abdulla və Rasim Balayev AzTV-də: Bədii Şuranın tərkibi dəyişdi - Fotolar

12 Apr 2021 18:35

Maşınlara plonka çəkilməsi ilə bağlı dəyişiklik olacaq Prezident fərman imzaladı

12 Apr 2021 18:35

““BakuBus”un özəlləşdirilməsi lazımdır”

11 Apr 2021 13:35

“Oğlumun 50 yaşı var, imkansızlıqdan onu evləndirə bilməmişəm”

11 Apr 2021 07:35

Azərbaycanda ucuz maşınlar satışa çıxarıldı – Siyahı

10 Apr 2021 08:45

Faciənin buynuzu olmur, axırı yaxşı olmayacaq bunun...

08 Apr 2021 17:10

Qarabağ qazisi icra başçısından Prezidentə şikayət etdi: Son ümid yerim Sizsiniz!

08 Apr 2021 12:55

“Heç kim məni narahat etməsin“ - Çingiz Abdullayev

08 Apr 2021 10:10

“Heç kim məni narahat etməsin“ - Çingzi Abdullayev

08 Apr 2021 09:45

Nazirliklərin avtomobilləri satışa çıxarılır - 1000 manata maşın

08 Apr 2021 08:20

Villanızda bayquşlar ulasın!... 

05 Apr 2021 11:50

Hakerlər Mark Zukerberqin şəxsi məlumatlarını oğurladı

04 Apr 2021 19:30

Yarım milyard “Facebook” istifadəçisinin şəxsi məlumatları internetə sızdı

04 Apr 2021 00:40

Nazirlik deputata sərt cavab verdi: Bu cür subyektiv və əsassız fikirlər...

02 Apr 2021 16:50

Yediklərini o generalların burnundan gətirmək lazımdır...

01 Apr 2021 15:00

Doğum gününü qeyd edən deputat: “Daha heç bir arzum qalmadı“

01 Apr 2021 11:20

Ondan aldığım ləzzəti Cenifer Lopez də əvəz eldə bilməz 

01 Apr 2021 08:30

İcra başçısı prezidentə şikayət edən sakini cərimələtdi: Salyanda qəribə olay

31 Mart 2021 17:45

Bu gün qəbristanlıqdan gül oğurlayıb satan, sabah vətəni də satar!

28 Mart 2021 21:50

“İnstagram”da problem yaranıb

24 Mart 2021 23:25

Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürür

24 Mart 2021 23:15

Son günlər smartfonlardakı proqramlar niyə tez-tez donur?

24 Mart 2021 09:55

Biz Şuşada tonqal yandırırıq, ermənilər için-için yanır...

21 Mart 2021 13:10

Qarabağ müharibəsi “Bayraktar”ların müştərisini artırdı

20 Mart 2021 20:50

Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama

20 Mart 2021 00:10

Fərhad Əhmədov onları işlədib pulunu vermədi

17 Mart 2021 16:05

Gömrük Komitəsinin qarşısında aksiya başladı  - Video

10 Mart 2021 12:40

Gömrük Komitəsinin qarşısında aksiya başladı 

10 Mart 2021 12:30

“Pandemiya başa çatmayıb, bu virus dolaşacaq” Prezidentlə MÜSAHİBƏ

19 May 2020 17:25

“Mühacirət həyatı 30 ildən sonra məni də “əzdi”” MÜSAHİBƏ

19 May 2020 16:00

Şəhid abidələrimiz Natavan, Hacıbəyli, Bülbül gec-tez Qarabağa qayıdacaq - Jalə Əliyeva

19 May 2020 15:55

“Vətəndaşların mənzil hüququnun səmərəli təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:35

“Vətəndaşların mənzil hüququnun təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:30

“Cəmiyyətin ciddi vətəndaş məsuliyyətinə ehtiyacı var” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 13:40

“İndi xalq bizdən əsər yox, adamlıq gözləyir”  Əkrəm Əylisli ilə MÜSAHİBƏ

17 May 2020 09:00

Qeydə alınan partiyanın sədri planlarını AÇDI: “Biz o boşluğu doldurmağa çalışacağıq” MÜSAHİBƏ

15 May 2020 09:45

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir” MÜSAHİBƏ

14 May 2020 17:00

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir”

14 May 2020 14:55
All