Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - Video

Apteklərdə bəzi dərmanlar niyə tapılmır?

Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - Video

Son bir neçə gündür ki ,apteklərə üz tutanlar ya əliboş qayıdır,ya da başqa dərman əvəzləyicisi almağa məcbur olur. Xüsusilə multivitaminlər,sistemlər,öskürək dərmanları, tapılmır. 

Apteklərdən bildirilir ki, ən çox dərman qıtlığı ilkin tibbi yardım üçün lazım olan preparatlarda yaşanır. Bəzi dərmanlar isə umumiyyətlə yoxdur. Məcburiyyətdən alıcılara alternativ vasitələr təklif olunur. Xüsusilə antibiotiklərin tapılmadığı bildirilir.

Əczaçılar deyir ki, Rusiyadan gətirilən dərmanlarda məhdudiyyətlər yarandığı üçün depolarda bu preparatlar azalıb.Ukraynadan və Rusiyadan gətirilən dərmanlara tələbat isə həddindən artıqdı.Hazırda müharibə davam etdiyindən iki ölkə də dərman ixracına mıhdudiyyətlər qoyub.

Tibb eksperti Rasif Bağırov da "Xəbər Ertəsi"nə açıqlamasında apteklərdə yaranan dərman qıtlığına  əsas səbəblərdən birinin məhz Rusiya ilə Ukrayna arasında gedən müharibə olduğunu deyir.Həkim bildirir ki ,ürək damar ,mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün olunan dərmanlar bu iki ölkədən gətirilir.Ekspertin fikrincə bəzi dərman preperatlarının əvəzləyicisi olsa da ,keyfiyyəti o dərmanları əvəz eləmir.

Ekspert həmçinin onu da bildirir ki, tərkibi eyni olsa belə, alıcılara alternativ preparatlar satmaq düzgün deyil. Çünki, bəzi insanlarda dərmanlara qarşı asılılıq yaranır ki, həmin preparatlar digərləri ilə əvəz edilməməlidir.  

Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - Video