Ankara-İrəvan danışıqlarına Aİ-dən dəstək gəldi

Ankara-İrəvan danışıqlarına Aİ-dən dəstək gəldi

Ankara-İrəvan danışıqlarına Aİ-dən dəstək gəldi

Aİ Ermənistan və Türkiyənin iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində işləməyə və bu məqsədlə xüsusi nümayəndələr təyin etməyə hazır olmasını alqışlayır.

Polemika.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin mətbuat katibi Piter Stano bildirib.

“Xüsusi elçilərin bu gün keçirilən ilk görüşü irəliyə doğru atılmış mühüm addım idi və Avropa İttifaqı Türkiyə və Ermənistanı bu istiqamətdə daha çox səy göstərməyə təşviq edir.

Münasibətlərin normallaşdırılması istiqamətində istənilən konkret addımlar regional sabitlik, barışıq və iqtisadi inkişaf perspektivləri üçün yaxşı xəbər olardı.

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması Aİ üçün hər iki ölkə ilə qarşılıqlı əlaqədə mühüm əhəmiyyət kəsb edir. 2014-cü ildən Aİ iqtisadiyyat, mədəniyyət, təhsil və kommunikasiya mübadiləsi kimi bir sıra sahələrdə münasibətlərin normallaşması üçün zəmin hazırlamağa yönəlmiş layihələrə 4,5 milyon avrodan çox vəsait ayırıb. Aİ münasibətlərin normallaşdırılması üçün mümkün əlavə addımlara əlavə dəstək verməyə hazırdır”, - deyə Stano qqeyd edib.

Ankara-İrəvan danışıqlarına Aİ-dən dəstək gəldi