Aktrisadan sərt sözlər: "Dilinizi..."

Aktrisadan sərt sözlər:

Aktrisadan sərt sözlər: "Dilinizi..."

Stilist Elnur Həsənovun aktrisa Çimnaz Sultanova haqqında səsləndirdiyi fikirlər qalmaqal doğurub.

Polemika.az xəbər verir ki, stilistin “Erotik səhnələrə çəkilmək istəyirsinizsə, Avropaya gedin” – deyimi aktrisanı hiddətləndirib.

Sosial şəbəkə hesabında stilistin görüntülərini paylaşan Sultanova onun haqqında sərt açıqlama verib:

“Bir azərbaycanlı "kişisi" olaraq qadının ayaqlarının arasında oturub poza verib şəkil çəkdirən görəsən nə demək istəyir? Yəqin, Avropanın erotik kinolarında rol almaq arzusundadır. Elnur bəy, xahiş edirəm, dilinizi, dodağınızı, ağzınızı 5 faizli perekislə (hidrogen peroksid - red.) yaxalayıb, dezinfeksiya edib, sonra adımı dilinizə gətirin.

Gör mənə kim söz atır? Dəyərli vaxtımı sərf edib səhifənizə baxdım. Baxdım və şoka düşdüm. Azərbaycanın saf, təmiz gəlinlərini, deyəsən, Avropanın porno ulduzları ilə səhf salmısınız... Ürəyinizdən belə "gəlin" bəzəməkdən, erotik fotosessiya etdirib, makiyaja yox, dekolteyə aksent vermək keçirsə, gedib Avropaya erotik kinolarda çəkilən aktrisaları "bəzəsəniz" məsləhətdir. Bura Azərbaycandır, Avropa deyil! Özünüzə "peşəkar" vizajist deyib, makiyajda "konturing" edərkən “rastuşovka”nı eləməyi də unutmayın, necə ki, ağzınızdan söz çıxarıb “rastamojka”nı...”

Qeyd edək ki, vizajist aktrisa haqda bu sözləri demişdi:

“Məncə, Çimnaz xanım erotik aktrisa olmaq, erotik səhnələrə çəkilmək istəyir. Amma Çimnaz xanım, bura Azərbaycandır. Əgər başqa formada aktrisalığınızı sınamaq istəyirsizsə, Avropa ölkələrinə üz tutun”.

Aktrisadan sərt sözlər: "Dilinizi..."