Ağdamın azad olunmasının ildönümü münasibətilə konsert keçirildi

Ağdamın azad olunmasının ildönümü münasibətilə konsert keçirildi

Ağdamın azad olunmasının ildönümü münasibətilə konsert keçirildi

Ağdam şəhərinin işğaldan azad olunmasının ildönümü münasibətilə konsert təşkil edilib.

Polemika.az xəbər verir ki, Quzanlı qəsəbəsində təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib. Konsert proqramında yerli incəsənət xadimləri musiqi ifaları ilə çıxış edib.

Həmçinin tədbir təşkil olunan meydanın ətrafında simvolik olaraq Qarabağ atlarının yürüşü, o cümlədən, qədim idman növləri üzrə nümunələr göstərilib./APA

Ağdamın azad olunmasının ildönümü münasibətilə konsert keçirildi