Ağdam təmsilçisi hücum xəttini gücləndirmək niyyətindədir

Ağdam təmsilçisi hücum xəttini gücləndirmək niyyətindədir

Ağdam təmsilçisi hücum xəttini gücləndirmək niyyətindədir

Qış transfer pəncərəsində heyətinə 3 futbolçu cəlb edən “Qarabağ” daha bir transfer planlaşdırır.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu yöndə çalışmaların davam etdiyini söyləyib: “Maraq dairəmizdə olan futbolçular var. Amma yeni transferlə bağlı dəqiqləşən nəsə yoxdur. Əgər hər hansı bir transfer dəqiqləşərsə, bu barədə ictimaiyyətə məlumat verəcəyik”.

Xatırladaq ki, "Qarabağ" bu qış Rüstəm Əhmədzadə,  Luka Quqeşaşvili və Leandro Andradeni transfer edib. (Qol.az)

Ağdam təmsilçisi hücum xəttini gücləndirmək niyyətindədir