AFFA-dan "Neftçi"nin futbolçusuna ağır cəza

AFFA-dan "Neftçi"nin futbolçusuna ağır cəza

AFFA-dan "Neftçi"nin futbolçusuna ağır cəza

AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb.

Yenisabahl.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. 

Belə qərar verilməsinə səbəb 27 yaşlı hücumçunun 1-ci Divizionun 16-cı turunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununun 42-ci dəqiqəsində hakimi təhqir etməsidir.  O, bu səbəbdən qırmızı vərəqə ilə cəzalandırılıb.  Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu isə 320 manat cəriməyə məruz qalıb.

Qeyd edək ki, matç "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.

AFFA-dan "Neftçi"nin futbolçusuna ağır cəza