"Aeroflot" Novruzdan Bakıya uçuşları bərpa edir

"Aeroflot" Novruzdan Bakıya uçuşları bərpa edir

"Aeroflot" Novruzdan Bakıya uçuşları bərpa edir

Rusiyanın ən böyük aviaşirkəti “Aeroflot” martın 21-dən Azərbaycana uçuşları bərpa edir.

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, SSJ100 təyyarəsi ilə Moskvadan Bakıya uçacaq.

“Aeroflot” Minskə uçuşlar istisna olmaqla, martın 8-dən xaricə bütün uçuşları dayandırıb. Bazar ertəsi aviadaşıyıcı Bişkek və Oşa (Qırğızıstan) uçuşları bərpa etdiyini açıqlayıb.

"Aeroflot" Bakıya gündəlik müntəzəm reyslər üçün bilet satışına başlayıb. Azərbaycanın paytaxtına uçuşlar martın 21-dən etibarən yerli “Sukhoi Super Jet 100” təyyarələri ilə həyata keçiriləcək.

"Aeroflot" Novruzdan Bakıya uçuşları bərpa edir