“ABŞ yaydığı məlumatların 90 faizi düz çıxır” - Ağ Ev dünyada baş verəcək proseslərdən necə xəbər tutur?

“ABŞ yaydığı məlumatların 90 faizi düz çıxır” - Ağ Ev dünyada baş verəcək proseslərdən necə xəbər tutur?

“ABŞ yaydığı məlumatların 90 faizi düz çıxır” - Ağ Ev dünyada baş verəcək proseslərdən necə xəbər tutur?

Dünyanın ən hegemon dövlətlərindən biri olan ABŞ-ın kəşfiyyatı da güclü işləyir. Bunu əmin olmaq üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yaydığı məlumatlara baxmaq kifayətdir. Məsələn ABŞ, Vətən müharibəsi öncəsi yaydığı məlumatda vətəndaşlarını Bakını tərk etməməyə çağırırdı, yaxud Ukraynada vəziyyətin pisləşəcəyi haqda informasiya öncədən açıqlanmışdı. Bəs dünyanın supergücü bu məlumatları hardan əldə edir və doğruluğuna necə əmin olur?  

Polemika.az xəbər verir ki, mövzunu şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ABŞ-ın yaydığı məlumatları həm kosmosdan, həm səfirlikləri, həm də tərəfdaşları vasitəsi ilə əldə etmək üçün yüzlərlə imkanları var: “ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində baş verən prosesləri hər bölgə və qitə ilə bağlı analiz edən böyük idarələr çalışır. Ona görə də bu məlumatlar haradan əldə olunduğunu düşünmək məntiqsizdir və burda hər hansı bir qaranlıq məqam yoxdur. Çünki, ABŞ kəşfiyyatı o məlumatları müxtəlif mənbələrdən alır və təhlil edir. Dünyada gedən proseslərlə bağlı məlumat əldə etmək və bunu öz vətəndaşlarına çatdırmaq onlar üçün problem deyil”.

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

Üzeyir Cəfərovun sözlərinə görə, ABŞ-ın yaydığı məlumatların 90 faizi düz çıxır: “Çünki bu məlumatlar müxtəlif kanallar vasitəsi ilə yoxlanılır, incələnir və ondan sonra açıqlanır. ABŞ dünyanın hər manada bir nömrəli ölkəsidir. İmkanları çox genişdir. Demək olar ki, bütün ölkələrdəki səfirliklərində hərbi-siyasi şöbələri var. Bu şöbələrin bir missiyası da, kəşfiyyat xarakterli məlumatlar əldə etməkdir. Bu, sosial şəbəkələr və digər vasitələrlə əldə edilə bilər. Əksər hallarda verilən məlumatlar həqiqətə uyğun olur və öz təsdiqini tapır. Gürcüstan və digər ölkələrlə bağlı açıqlanan məlumatlar var idi ki, qısa zamanda öz təsdiqini tapdı. Bir sözlə ABŞ-ın yaydığı məlumatlara şübhə ilə yanaşmaq doğru deyil”./Konkret.az

“ABŞ yaydığı məlumatların 90 faizi düz çıxır” - Ağ Ev dünyada baş verəcək proseslərdən necə xəbər tutur?