Dünya
22 Yan 2021 10:40
ABŞ tarixində ilk: Gey nazir təyin olundu - Fotolar
ABŞ tarixindəki ilk dəfə olaraq gey nazir təyin olunur.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Baydenin Nəqliyyat katibliyinə namizəd olan Pete Buttidzic təsdiq iclasında dəstəyinə və fədakarlığına görə ərinə təşəkkür edib.
Qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkilərini qazanan Co Bayden keçmiş Demokrat rəqibi Pete Buttidzici bir müddət əvvəl administrasiyasında Nəqliyyat Departamentinin rəhbəri olmağa dəvət etmişdi.
Prezidentin bu addımı bəzi müsəlman ölkələrində birmənalı qarşılanmayıb. Bəziləri nazir postuna onun təyin edilməsini yanlış addım kimi qiymətləndirib.


