62 yaşlı qonşusu tərəfindən zorlanan qızla bağlı rəsmi açıqlama

62 yaşlı qonşusu tərəfindən zorlanan qızla bağlı rəsmi açıqlama

62 yaşlı qonşusu tərəfindən zorlanan qızla bağlı rəsmi açıqlama

Sosial şəbəkələrdə Gəncə şəhəri, Kəpəz rayon sakini, xüsusi qayğıya ehtiyacı olan, yetkinlik yaşına çatmayan qızın 62 yaşlı qonşusu tərəfindən zorakılığa məruz qalması və hazırda hamiləliyin 7-ci ayında olması ilə bağlı fakt Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb. 

Bu barədə Polemika.az-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumatda qeyd olunub ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Daxili  İşlər Nazirliyi ilə dərhal əlaqə saxlanılıb. Məsələ ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb.

Bu gün həmin qızın psixoloji vəziyyətinin qiymətləndirilməsi və ona psixoloji dəstək göstərilməsi məqsədilə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrlə Dəstək Mərkəzinin əməkdaşları ailəyə səfər edəcəklər.

62 yaşlı qonşusu tərəfindən zorlanan qızla bağlı rəsmi açıqlama