35 yaşlı siyasətçi Çili prezidenti seçildi

35 yaşlı siyasətçi Çili prezidenti seçildi

35 yaşlı siyasətçi Çili prezidenti seçildi

Çilinin yeni prezidenti solçu namizəd, 35 yaşlı tələbə lideri, böyük siyasi təcrübəsi və çəkisi olmayan deputat Qabriel Boriç olub.

Polemika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, seçkilərin ikinci turunun nəticələrinə görə, Boriçin rəqibi Xose Antonio Cast artıq məğlubiyyətini etiraf edib.

Qabriel Boriç 1986-cı ildə Çilinin cənubunda ölkəyə köçmüş xorvat ailəsində anadan olub. 

2011-ci ildə o, bütün universitetin tələbə federasiyasının lideri olub və pulsuz təhsil üçün kütləvi tələbə etirazlarına rəhbərlik edib.

Bir neçə il sonra parlament seçkilərində qalib gələrək deputat seçilib.

35 yaşlı siyasətçi Çili prezidenti seçildi