3 doza insanları virusa yoluxmaqdan tam sığortalıyırmı? - İnfeksionistdən açıqlama

3 doza insanları virusa yoluxmaqdan tam sığortalıyırmı? - İnfeksionistdən açıqlama

3 doza insanları virusa yoluxmaqdan tam sığortalıyırmı? - İnfeksionistdən açıqlama

Ölkə əhalisinin təxminən yarısından çoxu koronavirus əleyhinə 2 doza peyvənd vurdurub. Artıq xeyli müddətdir ki, 3-cü, yəni “buster doza”nın vurulmasına başlanılıb. Əvvəlki dövrlərdən fərqli olaraq, bu proses tam könüllülük prinsipi ilə həyata keçirilir.

İlk 2 dozanı vurdurub, 3-cü dozanı vurdurmayan insanları hər hansı bir təhlükə gözləyirmi?

3 doza insanları virusa yoluxmaqdan tam sığortalıyırmı?

Polemika.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib ki, son araşdırmalara əsasən, 3-cü doza 1 və 2-cidən təxminən 20 dəfəyədək artıq qoruyuculuğa malikdir. 

“Əgər virusdan qoruma yüksəkdirsə, risk qrupuna daxil olanlar “buster doza”nı mütləq vurdurmalıdır. Ümumiyyətlə, bir az yaşlı, immuniteti zəif olanlara 3-cü dozanı vurdurmaq tövsiyə olunur. Əgər onlar xəstəliyə yoluxmayıblarsa, bu mütləqdir. Çünki 1 və 2-ci dozadan sonra da xəstəliyi ağır keçirənlərə rast gəlinib”.

M.Əliyev qeyd edib ki, virusa yoluxanların 3-ü dozaya ehtiyacı yoxdur.

Nəzrin Vahid

 

3 doza insanları virusa yoluxmaqdan tam sığortalıyırmı? - İnfeksionistdən açıqlama