3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq? - Açıqlama

3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq?

3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq? - Açıqlama

Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Nəticədə həmin şəxslər müəyyən məkanlara giriş edə bilməyəcəklər.

Maraqlıdır, üçüncü doza vaksin vurdurmayan şəxslər "Bakı Metropoliteni"nə daxil ola, metronun imkanlarından yararlana biləcəklərmi?

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Polemika.az-a açıqlamasında onlara bu haqda heç bir məlumat verilmədiyini bildirib:

"Hazırda üçüncü doza vurdurmayan şəxslərlə bağlı "Bakı Metropoliteni"nə göstəriş gəlməyib. Pandemiya dövründə qərarlar Operativ Qərargah tərəfindən tənzimlənir. Operativ Qərargahın qərarlarını da "Bakı Metropoliteni" birmənalı şəkildə icra edir. Lakin hələ ki, bu barədə "Bakı Metropoliteni"nə nə şifahi nə yazılı məlumat verilməyib.

Mehri Qurban

3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq? - Açıqlama