263 koronavirus xəstəsi reanimasiyadadır

 263 koronavirus xəstəsi reanimasiyadadır
06 Avq 2020 18:55
408

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 6-na olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 3 493 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 263 nəfər reanimasiyada, 58 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 33 247 nəfər virusa yoluxub, 29 275 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 7 050 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 766 179 test aparılıb.

Qeyd edək ki, bu gün 144 koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 435 nəfər sağalıb.

Oxşar xəbərlər