Digər
27 Fev 2021 12:30
17-ci əsrə aid malikanə satışa çıxarıldı - Fotolar
İngiltərədə 17-ci əsrə aid olan malikanə satışa çıxarılıb.
Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Vusterşir qraflığına aid olan tarixi tikilinin öz çayı belə var.
“Kingswood House” adı verilən malikanədə beş yataq, dörd qonaq və dörd vanna otağı var.
Malikanəni alan şəxs həmçinin çaya və orada balıq tutmaq üçün lisenziyaya da sahib olacaq.
Tikilinin dəyəri isə nə az, nə çox, düz, 1.95 milyon funt sterlinqdir.
6.3 hektarlıq meşə və bağ sahəsi ilə əhatə olunan tikili bir neçə dəfə restovrasiya olunub.

