1100-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

1100-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

1100-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 579 işəgötürən (o cümlədən 306-ı dövlət, 273-ü özəl) qoşularaq 3472 vakansiya təqdim edib. 

Nazirlikdən Polemika.az-a verilən məlumata görə, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafonun məqsədi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərimizin məşğulluğuna dəstək verməkdir.

Marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1103 nəfər (171 şəhid ailəsi üzvü və 932 qazi) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər. 

1100-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub