Əməkdar artist oğurluq edib? - “Şeytan məni azdırdı“
"Qohumumuzun evində idim. Söz-söhbət oldu. Gəlib mənə dedi ki, 10 min pul götürmüsən. Dedim, zarafat edirsən, axı mən mətbəxdən o tərəfə keçməmişəm? Dedi, yox”.
Yenisabah.az xəbər verir ki, bu sözləri ARB telekanalında yaımlanan "Onun Sirri" verilişinin növbəti qonağı olan Əməkdar artist, məşhur qarmon ifaçısı Gövhər Rzayeva deyib.
Sənətçi qohumunun onu pul oğurlamaqda ittiham etdiyini etiraf edib:
“Gəlib mənə dedi ki, 10 min pul götürmüsən. Dedim, zarafat edirsən, axı mən mətbəxdən o tərəfə keçməmişəm? Dedi, yox. Dedim ki, tutaq ki, çemodanla pul qoymusan qarşıma, şeytan azdırdı məni, mən də gəlib oradan 100 manat götürdüm, amma sənin dediyin məbləğ çoxdur axı. Məndə o qədər pul yoxdur. Evdə 400 manatım var. Gəl onu sənə verim. Razı olmadı. Ondan sonra dəfələrlə mənə zəng edib pul istədi. Sonuncu dəfə zəng edəndə mən də dedim ki, səni görüm qəfil gülləyə tuş gələsən. Dəstəyi asdı. Üzərindən 5-6 ay keçdi. Xəbər gəldi ki, onu güllələyiblər”.