Ədalət Şükürov: “Xahiş edəndə “baş üstə“ deməlidir“ - Video
Əməkdar artist Ədalət Şükürov küsülü olduğu həmkarına səslənib.
Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramının qonağı olan sənətçi ad çəkməsə də, efir vasitəsilə həmin müğənniyə səslənərək ona hörmət etməsini istəyib:
“Respublikada heç kəs deyə bilməz ki, Ədalət Şükürovun kimləsə problemi var. Amma yaxşı olardı ki, həmin adam bizə hörmət eləsin. O vaxt həmin adam Zaurun da sözünü yerə saldı, mənim də. Mənə elə gəlir ki, incəsənət aləmində kimsə kimdənsə nəsə xahiş edəndə qarşı tərəf “baş üstə” deməlidir. Mənim bütün xanımlara hörmətim var, hər kəsə Allah can sağlığı versin. Elə müğənnilər var ki, onları görmək, dostluq etmək mənə xoşdur, elələri də var ki, ümumiyyətlə, görüşmürük”.
Qeyd edək ki, bir neçə ay öncə Ədalət Şükürovla müğənni Gülay Zeynallı arasında mahnı qalmaqalı yaşanmışdı. Bu haqda danışan Gülay Zeynallı Ə.Şükürovun ona mahnı versə də, daha sonra mahnını onun əlindən alaraq Sevda Yəhyayevaya verdiyini demişdi.
Həmin görüntüləri təqdim edirik: